Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Vaçikovna Akopyanın Antalya tətili erməniləri qəzəbləndirib.
Publika.az Türkiyə mətbuatına istinadənxəbər verir ki, Akopyan Antalyada dörd gün istirahət edib. Onun bu qısa tətili təxminən 100 min avroya (təxminən 197 min manat və ya 5 milyon lirə) başa gəlib.
Onun 19-22 iyun tarixləri arasında Antalyanın ən lüks otellərindən biri olan “Titanic Mardan Palace”da qaldığı üzə çıxıb. Otelin "King Suit" adlanan ən bahalı otağında qalan Akopyan bir gecə üçün 6 min avro ödəyib.
Paşinyanın həyat yoldaşının ən diqqət çəkən lüks xərcləri arasında şampanla dolu vanna da var. O, həmçinin şəxsi yoqa məşqçisi, xüsusi xidmətçi, yaxta icarəsi və minibar kimi lüks xidmətlər üçün əlavə pullar ödəyib.
Akopyanın dəbdəbəli tətili Ermənistanda ciddi narazılığa səbəb olub.