"Barselona"nın doğma stadionu "Kamp Nou"ya qayıdacağı tarix bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti açıqlama yayıb.
Yenilənmiş stadionun açılışının avqustun 10-da baş tutacağı bildirilib. Həmin gün “Barselona” "Kamp Nou"da ənənəvi “Gamper Trophy” çərçivəsində oyuna çıxacaq. Tədbirin təfərrüatlarının daha sonra açıqlanacağı bildirilib.
Xatırladaq ki, “Barselona” 2022-ci ildən “Kamp Nou”nu yenidənqurma üçün bağlayıb. O vaxtdan kataloniyalılar Montjuicdəki Olimpiya Stadionunda çıxış edir.
“Barselona” İspaniya La Liqasının ötən mövsümünün yekununda “Real Madrid”i 4 xal qabaqlayaraq ölkə çempionu olub.
Mirağa