Ukrayna prezidenti Vladimir Zelenski 4 illik fasilədən sonra NATO Sammitinə kostyumla qatılıb.
Tribunainfo.az xəbər verir ki, “Müharibə bitəndən sonra kostyum geyəcəm” deyən Zelenskinin zirvəyə kostyumla qatılması “Müharibə bitirmi?” kimi şərhlərə səbəb olub.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə Ağ Evdə qiymətli metallar üzrə saziş imzalamaq üçün görüşü iki lider arasında mübahisə ilə yadda qalıb. Tramp tərəfdarı olan Ağ Evin müxbiri Brayan Qlenn xaotik görüş zamanı Ukrayna liderinin geyiminə lağ etmişdi. Zelenski adi hərbi geyimindən fərqli olaraq bu dəfə üzərində Ukrayna tridenti olan qara sviter geyinib.
Dəniz Pənahova