AZ

Kepa Arrisabalaqa "Arsenal"da

İngiltərənin “Arsenal” klubu qapıçı Kepa Arrisabalaqanın transferini tamamlayıb. 

90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi 30 yaşlı qolkiperin keçidi üçün “Çelsi”yə 5,86 milyon avro ödəyib. Tərəflər arasında sənədləşmə artıq başa çatıb.

Kepanın “Arsenal”da əsas qapıçı kimi çıxış etməsi gözlənilmir. Baş məşqçi Mikel Artetanın əsas etimadı Davin Raya olacaq.

Qeyd edək ki, ispan qolkiper ötən mövsümü icarə əsasında “Bornmut”da keçirib. O, “albalılar”ın heyətində 35 oyunda meydana çıxıb və 43 qol buraxıb.

Yeni Premyer Liqa mövsümünün avqustun ortalarında start götürəcəyi gözlənilir.

Seçilən
16
90deqiqe.az

1Mənbələr