Məşhur Fil Dişi Sahilli yarımmüdafiəçi Frank Kessye bu yay İtaliya A Seriyasına qayıda bilər.
Publika.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Canluka Di Marçio məlumat yayıb.
Onun sözlərinə görə, 28 yaşlı futbolçunun xidmətlərində "Roma" maraqlıdır. Hazırda paytaxt klubu Kessyenin transferinin mümkünlüyünü qiymətləndirir. Lakin bu keçidə əsas maneə oyunçunun yüksək maaşı ola bilər.
Kessye 2023-cü ilin yayından Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda çıxış edir. Cari mövsümdə o, bütün turnirlərdə 44 oyuna çıxaraq 4 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir, transfer dəyəri isə 14 milyon avro olaraq göstərilir.