Donald Tramp və Vladimir Zelenski iyunun 25-də Niderlandda NATO sammiti çərçivəsində görüşüblər.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Tramp əvvəllər Zelenskini “yaxşı oğlan” adlandırıb və qeyd edib ki, Ukraynadakı vəziyyətlə bağlı “irəliləyiş var”.
Bildirilir ki, onların görüşünü Niderlandın baş naziri Dik Şof elan edib.
Xatırladaq ki, NATO sammiti iyunun 24-25-də Haaqada keçirilib.