AZ

Bakıda daha bir ərazi YANIR

Lökbatan qəsəbəsində açıq ərazidə yanğın qeydə alınıb. 

Bu barədə görüntülər Far.Az-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, yanğın bu gün saat 16:30 radələrində başlayıb. 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

"Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək".

Seçilən
23
2
far.az

3Mənbələr