AZ

Merz: Ukraynadakı münaqişə hərbi yolla həll edilə bilməz

ain.az, Bizimyol saytına istinadən bildirir.

Almaniya kansleri Fridrix Merz Ukraynadakı münaqişənin hərbi yolla həll edilə bilməyəcəyini bildirib və Rusiyaya qarşı sanksiya təzyiqlərinin artırılmasının lazım olduğunu qeyd edib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Haaqada keçirdiyi mətbuat konfransında deyib.

"Bu münaqişənin hərbi yolla həlli mümkün olmayacaq, və ya çox uzun müddət lazım gələcək. Biz Moskvaya iqtisadi təzyiqi artırmalıyıq", - deyə Merz qeyd edib.

O xatırladıb ki, Avropa İttifaqı (Aİ) cümə axşamı günü 18-ci sanksiyalar paketini qəbul etmək niyyətindədir. “Ancaq bu təkbaşına kifayət etməyəcək, bizə ABŞ-ın bu cür sanksiyalarda daha fəal iştirakı lazımdır”, - deyə kansler bildirib.

Merz deyib ki, NATO sammiti ərəfəsində ABŞ prezidenti Donald Trampla şəxsən yenidən danışıb və ona Aİ-nin amerikalılar tərəfindən də Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq etməsini arzuladığını bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr