İsrailin aparıcı qəzetlərindən biri olan “Haaretz” ABŞ prezidenti Trampın “Qəzzada atəşkəs əldə edilib” bəyanatını təkzib edib. İsrail rəsmisinin sözlərinə görə, “HƏMAS” ilə dolayısı danışıqlarda konkret irəliləyiş yoxdur.
Qəzetə danışan israilli mənbə, ABŞ prezidenti Donald Trampın bəyanatının əksinə olaraq, Qəzza zolağında əsir mübadiləsi və atəşkəs üçün İsrail və “HƏMAS” arasında dolayısı danışıqlarda hələlik irəliləyiş olmadığını bildirib.
Adı açıqlanmayan İsrail mənbəsi “Haaretz”ə Trampın Qəzzada məhbus mübadiləsi və atəşkəslə bağlı "böyük irəliləyiş" olduğu barədə açıqlamasına münasibət bildirib.
***
Sözügedən mənbə Qəzzada əsir mübadiləsi və atəşkəs üçün İsrail və “HƏMAS” arasında aparılan danışıqlarda irəliləyiş olmadığını və mümkün razılaşmanın şərtləri ilə bağlı tərəflər arasında fikir ayrılığının davam etdiyini bildirib.
Tramp, NATO Zirvə Toplantısına qatılmaq üçün getdiyi Hollandiyanın Haaqa şəhərində verdiyi açıqlamada, Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun ona Qəzzada atəşkəsə “çox yaxın” olduğunu və “Qəzzada böyük irəliləyiş var”, – dediyini bildirdi.
İsrail rəsmiləri Trampın Qəzzada əsir mübadiləsi və atəşkəs danışıqları ilə bağlı açıqlamasını hələlik dəyərləndirməyib.