AZ

Qərb Trampa görə NATO-nun baş katibini tənqid etdi

NATO-nun baş katibi Mark Rutte müdafiə xərcləri ilə bağlı ABŞ prezidenti Donald Trampa göndərdiyi mesajlarla Avropanın özünü rüsvay etdiyini bildirib.

Publika.az xəbər verir ki, bunu "X" sosial şəbəkəsində norveçli professor Qlenn Dizen qeyd edib.

"Avropa liderləri qitəmizi alçaltmaqda davam edirlər. Vassal asılılığı adətən trenddə qalmağın yeganə yolu kimi təqdim olunur, lakin Avropa getdikcə azalır", - o, öz fikirlərini bölüşüb.

Qeyd edək ki, iyunun 24-də ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində NATO-nun baş katibi Mark Ruttenin şəxsi mesajını yerləşdirərək, Avropanın indi böyük bədəl ödəyəcəyinə görə ona təşəkkür edib.

Seçilən
8
publika.az

1Mənbələr