NATO-nun Haaqa sammiti başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, 32 üzv və tərəfdaş ölkənin iştirakı ilə keçirilən sammitdə müttəfiqlər müdafiə xərclərinə ayırdıqları payı 2035-ci ilə qədər ümumi daxili məhsullarının 5 faizinə çatdırmaq barədə razılığa gəliblər.
“Biz aramızda olan müdafiə ticarəti maneələrini aradan qaldırmağa çalışacağıq və müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün tərəfdaşlığımızdan istifadə edəcəyik”, - məlumatda qeyd olunub.