İsraildə İranla əldə olunan atəşkəsdən sonra ölkə daxilində qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Efi Defrin açıqlama verib.
Onun sözlərinə görə, İrana qarşı hücumların başladığı 13 iyundan bəri tətbiq edilən məhdudiyyətlər bütün ölkə ərazisində aradan qaldırılıb.
Bu çərçivədə məktəblərdə təhsil davam edəcək və işlər bərpa olunacaq. Həmçinin incəsənət, mədəniyyət və idman kimi ictimai fəaliyyətlərə qoyulan məhdudiyyətlər də aradan qaldırılıb.