Çinə məxsus 37 hərbi təyyarə və 6 gəminin Tayvan adası ətrafında müşahidə edildiyi bildirilib.
Tayvan Müdafiə Nazirliyinin “X” hesabından edilən açıqlamada dünən axşamdan bu səhərə qədər 37 hərbi təyyarənin Tayvan adasının ətrafında uçduğu açıqlanıb.
Açıqlamada bildirilib ki, təyyarələrdən 34-ü Tayvan boğazında tərəflərin təsir dairələrini ayıran media xəttini keçərək Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası (ADIZ)” elan etdiyi ərazinin cənub-qərb və cənub-şərq hissəsində uçuşlar həyata keçirib.
Açıqlamada, həmçinin adanın ətrafında Çin donanmasına aid 6 döyüş gəmisinin təsbit edildiyi bildirilib və Tayvan ordusunun vəziyyəti izlədiyi və reaksiya verdiyi qeyd edilib.
Çinin öz ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqilliyə malikdir. Materik Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra yaranan ayrılma və suverenlik mübahisəsi davam edir.
Son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin rəhbərliyi adanın materiklə yenidən birləşməsi üçün lazım gələrsə güc tətbiq edə biləcəyini vurğulayır.