"Bu gün səhər saatlarında maskalı polis əməkdaşları Qalstanyanı iqamətgahından aparıblar. Ondan başqa, Rusiya vətəndaşı olan iş adamı Samvel Karapetyan da daxil olmaqla, digər din xadimləri və müxalif siyasətçilər də həbs edilib. Evlərdə bir neçə dəfə axtarış da aparılıb".
Bu barədə Almaniyanın nüfuzlu “Der Spiegel” jurnalı Ermənistanda baş verən son hadisələrə, xüsusən də müxalifət nümayəndələri arasında aparılan geniş axtarış və həbslərə toxunaraq yazır.
Məlum olduğu kimi, bu gün erməni arxiyepiskopu Baqrat Qalstanyan dövlət çevirilişinə cəhddə ittiham olunaraq saxlanılıb.
Qalstanyan baş nazir Paşinyanı devirmək istəyən “Srbazan” hərəkatına rəhbərlik edir. Keçən il o, artıq ölkədə Paşinyana qarşı etirazların sözçüsü sayılırdı.
"Arxiyepiskop Baqrat Qalstanyanın həbsi ilə bağlı vəsatət məhkəməyə təqdim olunacaq". AzNews.az xəbər verir ki, bu barədə onun vəkili Sergey Arutyunyan bildirib.