AZ

Premyer Liqa nəhəngi 76 milyonluq transferə hazırlaşır

“Mançester Yunayted” növbəti transferini yekunlaşdırmağa yaxındır.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” Brian Mbemonun keçidi ilə bağlı “Brentford”la razılıq əldə edib.

“Mançester Yunayted” 25 yaşlı kamerunlu vinger üçün onun klubuna 76 milyon avro təzminat ödəyəcək. Brian Mbemo ötən mövsüm “Brentford”un heyətində meydana çıxdığı 42 rəsmi matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Mançester Yunayted” “Vulverhempton”dan hücumçu Mateus Konyanı transfer edib.

Seçilən
11
3
msport.az

4Mənbələr