“Tesla”nın Avropadakı satışları may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 27,9% azalıb. Bu, şirkətin ardıcıl beşinci ay satış itkisi yaşamasıdır.
Sherg.az xəbər verir ki, bütün bunlara baxmayaraq, Avropada elektrikli avtomobil satışları 27,2% artıb.
Alıcıların daha ucuz Çin istehsalı modellərə yönəlməsi və Elon Maskın siyasətlərinə etirazlar satışların düşməsində rol oynayıb. “Tesla”nın Avropa bazarındakı payı isə 1,8%-dən 1,2%-ə düşüb. ACEA-nın məlumatına görə, Avropa ümumilikdə may ayında 1,11 milyon yeni avtomobil satışı ilə 1,9%-lik artım qeydə alıb.