AZ

Tarix İnstitutundan ittihamlara cavab: "Həmin alimin narahatlıq keçirməsini rəva bilmirik"

Xəbər verdiyimiz kimi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı aparıcı elmi işçi olduğu AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutun daxilində məqsədli, qanunsuz və qərəzli müdaxilələrlə üzləşdiyini iddia edib. O, institutu sənədləri saxtalaşdırmaqda ittiham edib və hüquq-mühafizə orqanlarına çağırış edərək, saxta sənəd hazırlayan və onun dövriyyəyə buraxılmasına göstəriş verən şəxslərin qanun qarşısında cavab verməli olduğunu bildirib.

Buna cavab olaraq Tarix və Etnologiya İnstitutundan Publika.az-a bildirilib ki, Günel Aslanlının iddiaları əsassızdır. Həmçinin əlavə edilib ki, məsələnin hüquqi müstəvidə həll edilməsi üçün işin məhkəməyə verilməsi nəzərdə tutulur.

Günel Aslanlı yenidən saytımıza müraciət edərək qeyd edib ki, Tarix və Etnologiya İnstitutunun rəhbərliyi konkret suallara cavab verməkdən yayınır. Gənc alim iddia edibki, bütün bunlar məqsədli şəkildə nüfuzuna yönəlmiş təxribatdır: "2023-cü ildə mənim adımla tərtib olunmuş, hüquqi əsası olmayan “plagiat sənədi” kim hazırlayıb? Nə üçün bu “antiplagiat yoxlaması” qanunvericilikdə, AMEA-nın Nizamnaməsində və institutun daxili sənədlərində nəzərdə tutulmasa da, yalnız mənim üçün tətbiq edilib? StrikePlagiarism platformasının rəsmi baş ofisi ilə yazışmalar aparmışam və onlar təsdiqləyiblər ki, mənə təqdim edilən sənəd bu sistemə məxsus deyil".

İddialarla bağlı Tarix və Etnologiya İnstitutundan Publika.az-a bildirildi ki, Günel Aslanlının yazıları ilə əlaqədar müvafiq sənədlər Ali Attestasiya Komissiyasına təqdim edilib:

Seçilən
3
publika.az

1Mənbələr