AZ

Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevintapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digəridarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlardavətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və MəcburiKöçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayeviyunun 25-də Şirvan şəhərində vətəndaşları qəbul edib.

Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, qəbulda, əsasən Şirvan və Salyanda müvəqqətiməskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Vətəndaşlarınmüraciətlərində, əsasən, dövlət mənzil fonduna məxsus xüsusitəyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayışsahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi,məşğulluq, Böyük Qayıdışla və digər şəxsi xarakterli müraciətlərüstünlük təşkil edib.

Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğuən mühüm vəzifə onların işğaldan azad edilmiş ərazilərə, doğmayurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyatşəraiti yaratmaqdır. Qayıdış prosesinin uğurla davam etdiyi,mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqətiməskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlarınköçürülməsinə üstünlük verildiyi onların diqqətinə çatdırılıb.Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismiyerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərinqısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlətqurumlarına çatdırılacağı bildirilib.

Şirvanda
Seçilən
50
50
az.trend.az

10Mənbələr