AZ

Ermənistanda axtarışlar davam edir: 14 nəfər saxlanıldı, 90-dan çox...

Ermənistanda aparılan 90-dan çox axtarış nəticəsində 14 nəfər saxlanılıb.

Publika.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

O cümlədən, istintaqa əsasən, cinayət planları ilə bağlı silah-sursat, tədbirlər planı, işə götürülən şəxslərin siyahıları, metal əşyalar, fişənglər, tüstü bombaları, hərbi texnika, radiorabitə vasitələri, pilotsuz uçuş aparatları, “narkotik maddələrə oxşayan bitki maddələri” kimi əşya və sənədlər də aşkar edilib.

İddia edilən çevrilişdən sonra dövlət vəzifələrinə təyin ediləcək şəxslərin siyahıları da aşkarlanıb. İşə nəzarət edən prokuror müstəntiqin vəsatəti əsasında 16 nəfər barəsində cinayət işinin başlanması barədə qərar qəbul edib, onlardan 14-ü saxlanılıb.

Xatırladaq ki, bu gün səhər saatlarından hüquq-mühafizə orqanları müxalif “Müqəddəs Mübarizə” hərəkatının tərəfdarlarının evlərində axtarışlar aparır. İstintaq Komitəsinin hakimiyyəti zorakılıqla ələ keçirməyə yönəlmiş hərəkətlərdə şübhəli bildiyi hərəkatın rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın mənzilində də əməliyyat tədbirləri aparılıb.

İstintaq Komitəsinin hesabatlarını şərh edən Nikol Paşinyan bildirib ki, hüquq-mühafizə orqanları ölkədə hakimiyyəti ələ keçirmək üçün “kriminal-oliqarx-klerikal” planın qarşısını alıblar.

Seçilən
6
1
publika.az

2Mənbələr