Antalyanın Döşəməaltı rayonunda 15 minə yaxın əl toxuması xalça və kilim günəşdə mikroblardan təmizlənməsi və rənginin pastelləşməsi üçün buğda tarlalarına sərilir.
Sherg.az xəbər verir ki, gündüz günəş altında çevrilərək qurudulan xalçalar, gecə oğurluq, yağış və heyvanlardan qorunmaq üçün sahə sahibləri tərəfindən növbə ilə qorunur.
Sahə sahibləri bu dəyərli xalçaları qorumaq üçün sabaha qədər tarlada növbə tutur.