Keçmiş futbolçu Emre Güral, idman karyerasını başa vuraraq hipnoz koçluğuna başladı. Güral, mental gücün vacibliyini futbol oynayarkən dərk etdiyini və bu sahəyə marağının sonradan yarandığını bildirib.
Sherg.az xəbər verir ki, futbolu buraxdıqdan sonra Dubayda daşınmaz əmlak şirkəti quran Güral, həm də futbol akademiyası yaradaraq gənclərlə işləyir. Əsas diqqətini isə hipnoz və insanlara dəstək üzərinə cəmləyib.

Güral, danışanları arasında futbolçuların da olduğunu təsdiqləyib, lakin ad açıqlamayıb: “Zehni hazırlıq performansı ciddi şəkildə artırır,” – deyə bildirib.