Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Antalyadakı tətili üçün hesabının 100 min avro (5 milyon TL) olduğu ortaya çıxıb. Anna Akobyanın ötən həftə sonu Antalyanın məşhur otellərindən birində istirahət edib və kalan pul xərcləyib.
AzNews.az xəbər verir ki, iyunun 19-dan 22-dək “Titanik Mardan Palace Hotel”də keçirdiyi üç gün ərzində bu qədər pulu nəyə xərclədiyi maraq doğurub. Məlumata görə, o, gecəsi 6 min avrodan başlayan “King Suite” dairəsində məskunlaşıb.
Məlum olub ki, xanım Akopyan adı çəkilən lüks otaqda qalmaqdan başqa, şampan vannalarına, yoqa təlimatçılarına, özəl qulluqçulara, yaxtaların kirayəsinə, həmçinin minibarda olan içkilərə də səxavətlə pul xərcləyib.
AzNews.az