Gələcəkdə kolonializm mövcud olmayacaq.
“İki sahil” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov iyunun 25-də Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransda deyib.
O vurğulayıb ki, kolonial fəsadlardan biri assimilyasiya siyasətidir:
“Qvadelup xalqı həm də assimilyasiya ilə mübarizə aparır. Gələcəkdə kolonializm mövcud olmayacaq. Mövcud olmalı olan şey dil və dindir. Bir neçə il sonra dünya ictimaiyyəti Qvadelupun dili və dini ilə yaxından tanış olacaq. Çünki dənizaşırı ərazilərin öz müstəqilliklərini qazanacaqlarına inanırıq.
BTQ-nin mübarizəsi Fransa ilə yox, müstəmləkəçilik siyasəti ilə bağlıdır. Biz Fransanın razı, yaxud narazı olmasından asılı olmayaraq mübarizəmizi davam etdirəcəyik".