AZ

Lökbatanda açıq ərazidə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
19
13
apa.az

10Mənbələr