AZ

Abbas Abbasov: Assimilyasiya siyasətinə qarşı mübarizə zəruridir

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Assimilyasiya siyasətinə qarşı mübarizə zəruridir".

Oxu.Az xəbər verir ki, bu fikri Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş "Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər" adlı beynəlxalq tematik konfransda Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.

O bildirib ki, assimilyasiya siyasətinin nəticələri son dərəcə ağırdır:

"Assimilyasiya bir xalqın dini, dili, milli-mənəvi dəyərləri və simvolları üzərində dərin zərbələr yaradır. Təəssüf ki, Fransa hələ də dənizaşırı ərazilərdə bu siyasəti davam etdirir".

Abbas Abbasov vurğulayıb ki, hər bir xalq müstəmləkəçilik və assimilyasiyaya qarşı mübarizə aparmalıdır:

"Mən əminəm ki, gələcəkdə kolonializm adlı anlayış tarixə qovuşacaq. Qalacaq olan isə mənəvi dəyərlər, dil və din olacaq. Qvadelup xalqının bu istiqamətdə apardığı mübarizə xüsusi dəyərə malikdir".

O bildirib ki, gələcəkdə dünya ictimaiyyətinin dənizaşırı ərazilərdə yaşayan xalqların dili və dini ilə daha yaxından tanış olacaqlarına ümid edir:

"İnanıram ki, həmin xalqlar beynəlxalq hüququn tələblərinə uyğun şəkildə öz azadlıqlarına qovuşacaqlar".

Aləmdə Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
oxu.az

1Mənbələr