"Barselona"nın "Kamp Nou"ya qayıdacağı tarix bəlli olub.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin təmirə bağlanmış stadionu 2025-ci ilin 10 avqustunda istifadəyə veriləcək. Həmin tarixdən etibarən "Barselona" ev matçlarını əfsanəvi stadionda keçirə biləcək.
Qeyd edək ki, "Kamp Nou" 2023-cü ildə yenidənqurma işləri üçün bağlanmışdı.