İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığını dayandırması Rusiyada narahatlıq doğurur.
Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu vəziyyət narahatlıq doğurmaya bilməz", - Kreml sözçüsü qeyd edib.
O, Tehranın bu qərarının İranın nüvə obyektlərinə “təsirsiz hücum və zərbələr”lə bağlı olduğuna işarə edib.
Peskov əlavə edib ki, bu vəziyyətdə “MAQATE-nin reputasiyası çox zədələnib”.