AZ

Azərbaycanda azyaşlını qaçırmaq cinayət sayılmır - Axund cəzalanmayacaq

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbə məscidinin imam müavini Turab Tahirov Quran dərsi almaq üçün yanına gələn 16 yaşlı qızı qaçırıb. Azyaşlının dindar şəxsin təklifi ilə evdən uzaqlaşması məsələsi cəmiyyətin və medianın diqqət mərkəzindədir. Həmin qızın “öz razılığı ilə qaçmışam” deməsi, hadisəyə hüquqi qiymət verilməsində qeyri-müəyyənlik yaradıb. Amma məsələ təkcə razılıqla bitmir. Sual yaranır: 16 yaşında olan bir şəxs hüquqi baxımdan yetkin sayılır? Onun "razılığı" cinayət məsuliyyətini aradan qaldırırmı? Qızın razılığı olsa belə, 18 yaşına çatmayan birini qaçırmaq adam oğurluğu sayılmırmı?

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran hüquqşünas Ramil Süleymanov bildirdi ki, bu hadisə adam oğurluğu sayılmır.

“Adam oğurluğu o zaman sayılar ki, həmin qız açıqlama versin ki, "bu şəxs mənim iradəmin əleyhinə məni oğurladı". Amma o deyir ki, özüm istəyərək getmişəm. Atanın nəyisə tələb etməsi qətiyyən məqbul hesab olunan bir şey deyil".

Hüquqşünasın sözlərinə görə, 16 yaşına çatmış şəxslə axundun münasibəti hər hansı bir cinayət məsuliyyətinə səbəb olmur:

“Amma 2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə əsasən, nikaha daxil olmadan, ailə qurmaq məqsədilə yaradılan ittifaq erkən evlilik hesab olunur və bu, cinayət məsuliyyəti yaradır. Yəni gələn ayın 1-dən bu cür əməllərə görə cəza veriləcək. Bu maddəyə əsasən, belə əməllər 3000 manatdan 4000 manatadək cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də məsələyə münasibətini öyrəndik.

Komitənin Hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə bildirdi ki, nikah yaşına çatmayan şəxslə toy mərasimi, sövdələşmə və ya hər hansı digər mərasimin keçirilməsi 1 iyuldan etibarən qadağan ediləcək:

"Əgər belə bir hal baş verərsə, bu, qanun pozuntusu hesab ediləcək və məsuliyyət tədbirləri görüləcək. Lakin axundla qoşulub qaçan qızın artıq 16 yaşı tamam olub. Biz hadisəni özümüz də araşdırırıq, eyni zamanda Daxili İşlər Nazirliyi də bu işlə məşğuldur.

Seçilən
2
2
publika.az

3Mənbələr