AZ

"Sumqayıt"la adı hallanan məşqçi Rusiya İkinci liqasında

2022-ci ildə "Sumqayıt"ı çalışdıran Aleksey Baqanın adı ötən mövsümün sonlarında yenidən "Gənclik şəhəri" komandası və "Şeriff"lə hallanırdı.

İdman.biz xəbər verir ki, 44 yaşlı belaruslu mütəxəssisin yeni iş yeri məlum olub.

O, Rusiya İkinci liqasında yarışan "Leninqradets"in baş məşqçisi təyin olunub.

Qeyd edək ki, Baqa "Sumqayıt"dan sonra Belarusun "Şaxtyor" (Soliqorsk) və Rusiyanın "Sokol" (Saratov) komandalarını çalışdırıb.

İdman.biz

Seçilən
28
1
idman.biz

2Mənbələr