AZ

İraqda qalan son iki təyyarə bu gün geri gətiriləcək - Uraloğlu

BAKI,TurkicWorld

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, İsrail-İran arasında yaşanan hərbi gərginlik səbəbindən İranda 7, İraqda isə 4 Türk təyyarəsinin qaldığını bildirib.

TurkicWorld xəbər verir ki, o, İraqda qalan son iki təyyarənin bu gün ölkəyə qaytarılacağını, İranda qalan təyyarələrlə bağlı isə prosesin diqqətlə izlənildiyini deyib.

13 iyun tarixindən bu yana bağlanan hava məkanları səbəbilə yeni uçuş marşrutlarının müəyyən edildiyini qeyd edən Uraloğlu, bəzi ölkələrə planlaşdırılmış uçuşların məcburi şəkildə ləğv edildiyini xatırladıb.

O, İranın ABŞ-ın Qətərdəki bazasına hücumu nəticəsində bəzi bölgələrdə hava məkanlarının bağlandığını, lakin bu sahələrin mərhələli şəkildə yenidən açılmağa başladığını bildirib.

“Hazırda yeni bir risk olmazsa, bu bölgələrdəki məkanlar tam açılacaq. Biz də öz aviaşirkətlərimizlə lazımi koordinasiyanı qurmuşuq və uçuşlar tədricən bərpa olunacaq. Ümid edirik ki, atəşkəs qalıcı olacaq və yenidən qarşıdurma yaşanmayacaq”- deyə uraloğlu vurğulayıb.

İsrail-İran qarşıdurmasından sonra bölgədəki Türk bayraqlı gəmilərin vəziyyəti ilə bağlı suala da cavab verən Uraloğlu, bölgə ölkələri ilə təmasların davam etdiyini bildirib.

“Gəmilərimizin təhlükəsizliyinin təmin olunması və onlara müdaxilənin olmaması üçün daim ayıq vəziyyətdəyik. Hazırda Türk bayraqlı gəmilərlə bağlı aktual problem yoxdur”- deyə o qeyd edib.

Seçilən
21
turkic.world

1Mənbələr