AZ

BTQ-nin icraçı direktoru: Gələcəkdə kolonializm mövcud olmayacaq

Gələcəkdə kolonializm mövcud olmayacaq.

“Report” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov iyunun 25-də Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransda deyib.

O vurğulayıb ki, kolonial fəsadlardan biri assimilyasiya siyasətidir:

“Qvadelup xalqə həm də assimilyasiya ilə mübarizə aparır. Gələcəkdə kolonializm mövcud olmayacaq, mövcud olmalı olan şey dil və dindir. Bir neçə il sonra dünya ictimaiyyəti Qvadelupun dili və dini ilə yaxından tanış olacaq. Çünki inanırıq ki, dənizaşırı ərazilər öz müstəqilliklərini qazanacaqlar”.

MƏLUMAT YENİLƏNİR

Seçilən
10
report.az

1Mənbələr