AZ

İsmayıllıda velosipedçinin vurduğu piyada ölüb

İsmayıllı rayonunda velosipedçinin iki həftə əvvəl vurduğu piyada həyatını itirib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə iyunun 11-də İsmayıllı şəhərində qeydə alınıb.

Şəhər sakini Soltan Şəmsəddinov velosipedlə 2-ci Yeniyol kənd sakini, 1966-cı il təvəllüdlü Sahib Eyyubovu vurub.

Başından xəsarət alan S.Eyyubov yerləşdiyi xəstəxanada dünən həyatını itirib.

Fakt araşdırılır.

Seçilən
10
1
report.az

4Mənbələr