AZ

"Qarabağ"ın Xankəndidə tələbələrlə görüşü olub

“Qarabağ” futbol klubunun rəhbərliyi, baş məşqçisi Qurban Qurbanov və futbolçuları Xankəndiyə səfərləri çərçivəsində Qarabağ Universitetində tələbələrlə görüş keçiriblər.

90deqiqe.Az xəbər verir ki, görüş zamanı universitetin rektoru Şahin Bayramov qonaqları salamlayaraq, təhsil ocağının fəaliyyəti və məqsədləri barədə ətraflı məlumat verib. O, “Qarabağ” klubunun qazandığı uğurları xüsusi vurğulayıb və komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Səmimi atmosferdə keçən tədbirdə “Qarabağ” klubu tərəfindən universitetə imzalı top və forma hədiyyə olunub. Daha sonra futbolçular və klub nümayəndələri Qarabağ Universiteti ilə yaxından tanış olublar.

Qeyd edək ki, “Qarabağ” komandasının bölgəyə səfəri davam edir. Bu gün klub üzvləri həmçinin Ağdam və Füzuli şəhərlərində də yerli sakinlərlə görüşlər keçirəcəklər.

Seçilən
14
90deqiqe.az

1Mənbələr