AZ

“Qarabağ” futbolçuları Şuşada coşqu ilə qarşılandı

“Qarabağ” klubunun rəhbərliyi, baş məşqçi Qurban Qurbanov və komandanın futbolçuları Şuşa şəhərinə səfər edərək yerli sakinlərlə unudulmaz görüş keçiriblər.

90deqiqe.Az xəbər verir ki, səfər çərçivəsində komanda üzvləri Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə şagirdlər və şəhər ictimaiyyəti ilə görüşüblər. İsti və coşğulu alqışlarla qarşılanan komanda, sakinlərlə səmimi söhbətlər edib, xatirə şəkilləri çəkdiriblər.

Görüşdən sonra məktəbin minifutbol meydançasına keçən futbolçular, burada azarkeşlərə topla müxtəlif texniki hərəkətlər nümayiş etdirərək xüsusi maraq və rəğbət qazanıblar.

Qeyd edək ki, "Qarabağ" komandasının bölgəyə səfəri təkcə Şuşa ilə məhdudlaşmır. Bu gün komanda Xankəndi, Ağdam və Füzuli şəhərlərində də yerli sakinlərlə görüşlər keçirməyi planlaşdırır.

Seçilən
9
90deqiqe.az

1Mənbələr