AZ

Qvadeluplu ictimai fəal: Neyroimperializm müasirliklə maskalanıb, özünü kostyumda gizlədir

"Neyrokolonializm müstəmləkəyə məruz qalan xalqların şüuruna təsir edir, insan şüurunu özünün əsirinə çevirir. Onunla həm fiziki, həm də psixoloji mübarizə aparılmalıdır. Neyrokolonializm bir az da qarışqa və parazitin hekayəsinə bənzəyir".

APA xəbər verir ki, bunu Bakıda keçirilən "Qvadelupun dekolonizasiyasına doğru: Problemlər və perspektivlər" mövzusunda konfransın "Vətəndaşların və fəalların təşəbbüsləri" panelində ictimai fəal Franko Lolia deyib.

Onun toxunduğu daha bir məsələ isə imperializmlə bağlı olub.

Franko Lolia vurğulayıb ki, imperializm əvvəlcə xaricdən törədilən cinayətləri daxilə inteqrasiya etmək qabiliyyətinə malikdir:

"Neyrokolonializm müstəmləkəyə məruz qalan xalqların şüuruna təsir edir, insan şüurunu özünün əsirinə çevirir. Rəsmi səviyyədə kolonizasiya xalqların azadlığı kimi təqdim edilir. Kolonizasiya üç mərhələdən ibarətdir. Bu mərhələ ticarət dövründən sənayeyə keçid dövrünün başa çatmasına təsadüf edir. O zaman qaradərili müqavimətini görünməz etmək üçün onlara qarşı tədbirləri "İctimai oyanış" kimi təqdim edilirdi. İkinci mərhələ isə əvvəlkinin daha müasir, daha imperialist və qloballaşmış formasıdır. Bu mərhələ təkcə qaradərili yox, həm də ağdərililərə də təsir edirdi. O zaman, məsələn, məcburi əmək guya ağdərililərin hüquqlarına uyğun şəkildə həyata keçirilirdi, amma əslində belə deyildi. Üçüncü kolonizasiya mərhələsi 1945-ci ildən başladı. Bu gün də davam edən həmin dövr "Tarixi dönüş nöqtəsi" kimi xarakterizə olunur. Uzun müddət birbaşa dərketməyə qapalı olan bu amil daha çox dinlə xarakterizə olunur. İmperializm əvvəlcə xaricdən törədilən cinayətləri daxilə inteqrasiya etmək qabiliyyətinə malikdir".

Qonaq həm də neyroimperializmin fəsadları barədə də geniş danışıb:

Neyroimperializm gözə batmamaq üçün müasirliklə maskalanıb və özünü kostyumda gizlədir. Bunda əsas məqsəd öz imperial hədəflərini pərdələməkdən ibarətdir. Belə demək olarsa, neyrokololializmin əsasını sualtı, yəni sakit nüfuzetmə təşkil edir. "Qarışqa və parazit" hekayəsini xatırlayırsınızsa, orada parazit qarışqanın beyninə nüfuz edir və onun bütün hərəkətlərinə nəzarəti həyata keçirir. Elə vəziyyət yaranır ki, qarışqa artıq parazitin əsirinə çevrilir. Bu amillə həm fiziki, həm də psixoloji mübarizə aparılmalıdır".

Seçilən
23
apa.az

1Mənbələr