AZ

Bakıda ucuz avtomobillər satışa çıxarıldı Qiymətlər 3 min manatdan başlayır

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

5 avqust 2025-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə növbəti avtomobil hərracı keçiriləcək.

BAKU.WS-in məlumatına görə, hərracda müxtəlif dövlət qurumlarının balansında olan 60-dan çox nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Satışa təqdim edilən avtomobillər arasında minik, yük və xüsusi təyinatlı maşınlar yer alır. Start qiymətləri olduqca fərqlidir – ən ucuz nəqliyyat vasitəsi 3 min manatdan başlayır.

Alıcıların xüsusi maraq göstərə biləcəyi modellər arasında 2012-ci il istehsalı Audi A4, 2011-ci il Volkswagen Passat, 2003 və 2009-cu illərə aid Hyundai Sonata, 2018-ci il Khazar, eləcə də 2008-ci il Volvo S80 və 2014-cü il Toyota Camry markalı avtomobillər yer alır. Həmçinin, klassik avtomobil həvəskarları üçün 1980–90-cı illərə aid "VAZ" seriyası da mövcuddur.

Hyundai Sonata (2003) – 3000 manat

Khazar (2018) – 4000 manat

Volkswagen Passat (2011) – 7500–8500 manat

Audi A4 (2012) – 10 500 – 11 500 manat

Volvo S80 (2008) – 10 500 manat.

Həraaca çıxarılan bütün maşınların siyahısı ilə BURADAN tanış ola bilərsiniz.

Avtomobillər Azərbaycan Respublikasının Baş Prokurorluğu, Dövlət Statistika Komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti, Konstitusiya Məhkəməsi, Müdafiə Nazirliyi və digər qurumlara məxsusdur.

Əlavə olaraq, iştirakçılar balanssaxlayıcı qurum vasitəsilə satışa çıxarılan avtomobillərlə öncədən tanış olmaq imkanı əldə edə bilərlər.

Əlaqə nömrələri: (012) 311-01-60 (daxili: 1758, 1709, 1706 və 1705)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
baku.ws

2Mənbələr