Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) rəhbəri Filipp Lazzarini, Qəzzada vəziyyətin getdikcə pisləşdiyini bildirib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, O, İsrailin İrana hücumlarından sonra beynəlxalq ictimaiyyətin diqqətinin Qəzzadan yayındığını deyib: "Qəzzada hər gün hücumlar olur, insanlar evlərindən didərgin salınır”.
Lazzarini, İsrailin tətbiq etdiyi guya yeni yardım sisteminin insanları seçim qarşısında qoyduğunu deyib: "Ailəni aclıqdan ölməyə icazə ver, ya da yardım axtararkən öldürülmə riskini qəbul et. Bu, utancvericidir”.
O, bölgənin artıq yeni münaqişə dalğasını daşıya bilməyəcəyini bildirib və atəşkəsin Qəzzada da humanitar atəşkəsə, əsirlərin azad olunmasına və yardımın fasiləsiz çatdırılmasına imkan yaratmasını ümid etdiyini deyib.
Lazzarini, İsrailin yardım mexanizmini "ölüm tələsi” adlandıraraq, bu sistemin insanları təhlükəli ərazilərdə hərəkət etməyə məcbur etdiyini və hər gün ölüm hallarına səbəb olduğunu qeyd edib. "Bu sistem zəifləri və ehtiyacı olanları kənarda qoyur. Qəzzalılar bu sistemi artıq "Qəzza Aşağılama Fondu" adlandırır”, – deyə o bildirib.
Oksana
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.