AZ

"Ukrayna bu müharibəni qazana bilər" - Trampın NATO-ya namizədi

 
"Ukraynanın dirənişi təəccüb doğurur, Rusiya isə böyük itkilər verir..."
 
ABŞ prezidenti Donald Trampın NATO-nun Avropadakı Birləşmiş Qüvvələrə yeni Baş komandan kimi irəli sürdüyü general-leytenant Aleksus Qrinkevich iyunun 24-də Senat qarşısında çıxışı zamanı sensasiyalı bəyanat verib.
 
Moderator.az xəbər verir ki, o, bildirib ki, Ukraynanın bu müharibədə, həm də gerçək mənada qalib gəlmək şansı var.
 
"Fikrimcə, Ukrayna qalib gələ bilər. Hər dəfə vətənlərinə təhlükə yarananda, onlar elə bir inad və qətiyyətlə döyüşür ki, bizim üçün bunu təsəvvür etmək belə çətindir", - ABŞ Hərbi Hava Qüvvələrinin generalı vurğulayıb. O, həmçinin Ukrayna ordusunun "inanılmaz iş" gördüyünü qeyd edib.
 
Bu bəyanat Donald Trampın komandasının ümumi ritorikasından fərqlənir. Tramp və komandası uzun müddətdir ki, "bu münaqişənin hərbi yolla həlli yoxdur" tezisini müdafiə edir və danışıqlara çağırır. Bununla belə, elə Trampın özü bu ilin iyun ayında Qrinkevichi ABŞ-ın Avropa Komandanlığına və NATO-nun Avropadakı ali hərbi rəhbərliyinə namizəd kimi irəli sürüb.
 
Pentaqon bu təyinatın həm NATO müttəfiqləri, həm də Trampın komandası ilə razılaşdırıldığını bildirib. Qrinkevich hazırda ABŞ Baş Qərargah Rəisləri Komitəsinin əməliyyatlar idarəsinə rəhbərlik edir. O, Avropa üzrə komandanlığa təsdiqlənsə, həm NATO Birləşmiş Qüvvələrə, həm də ABŞ Avropa Komandanlığına rəhbərlik edəcək.
 
Ailəsi Şərqi Avropadan gəlir
 
General Qrinkevichin ailə kökləri Şərqi Avropaya dayanır. Onun babası İlya Ürinkevich 1873-cü ildə Minskdə doğulub və 1899-cu ildə ABŞ-a köçərək "Elias Qrinkevitch" adını alıb. Ailə daha sonra Vilnüsdən olan Anastasiya Sniqireviç ilə birləşib və onların nəslindən ABŞ ordusunda yüksək vəzifəyə qədər yüksələn Aleksus Qrinkevich doğulub. Atası Qreqori Qrinkevich elektronika sahəsində ixtiraçı və mühəndis olub, 14 patentin müəllifidir.
 
İran, Şimali Koreya və Çin - Moskvanın gizli müttəfiqləri
 
Qrinkevich çıxışında Rusiyanın Ukraynaya qarşı müharibəsində tək olmadığını da qeyd edib. Onun sözlərinə görə, İranın dron tədarükü nəticəsində çoxsaylı mülki və hərbi itkilər qeydə alınıb və bu əməkdaşlığa ciddi nəzarət edilməlidir. General əlavə edib ki, Şimali Koreya bu müharibəyə hərbçilərlə dəstək verib, Çin isə bu "üçlüyə" iqtisadi baxımdan arxa durur.
 
NATO və ABŞ - paralel yollar
 
Həmin günlərdə Haaqada keçirilən NATO sammitində Trampın Ukraynaya hərbi yardımı dayandıracağına dair suallar diqqətlə yayındırılır. "Washington Post"un məlumatına görə, NATO rəsmiləri çalışır ki, Zelenski və Tramp bir-birindən mümkün qədər uzaq saxlanılsın.
 
Zelenski isə cəbhədə vəziyyətin çətin olduğunu etiraf etsə də, Rusiyanın irəliləməsinin çox böyük itkilər bahasına başa gəldiyini və artıq tərəfdaşlardan daha güclü cavab vaxtının yetişdiyini bildirib: "Putin hər şeyini bu müharibəyə qoyub. Ona cavab da mütənasib olmalıdır".
 
Qrinkevichin Senat qarşısında dedikləri təkcə şəxsi inam deyil, həm də bir strateji siqnaldır. Vaşinqtonda Ukrayna məsələsinə münasibətlər müxtəlif cərəyanlarda formalaşsa da, ABŞ-ın hərbi komandanlığı döyüş meydanında qələbənin mümkün olduğunu düşünür. Qərb dəstəyinin davam etməsi Ukraynanın taleyini həlledici şəkildə müəyyən edə bilər.
Seçilən
17
25
moderator.az

10Mənbələr