AZ

Qvadelup təmsilçisi: Bizim ərazini Afrikanın cənubunda yerləşən sərvət olaraq görürlər

Qvadelupu Afrikanın cənubunda yerləşən sərvət olaraq görürlər.

“Report” xəbər verir ki, bunu aqronom-mühəndis, “Sanatan Dharma Samaj” təşkilatının prezidenti Elie Shitalou iyunun 25-də Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfrans çərçivəsində baş tutan “Müstəmləkəçilik və dekolonizasiya dövründə mənəvi aspektlər” mövzusunda beşinci panel sessiyasında deyib.

“Quadelop unikal bir ölkədir. Onu daha çox Afrikanın cənubunda yerləşən sərvət olaraq görürlər, çünki o, almaz kimi parlayır. Ölkə ərazi baxımından nə qədər kiçik olsa, dəyəri o qədər böyük olur. Quadelopun tarixində dərin şəkildə müstəmləhkəçilik siyasəti həyata keçirilib, insanlar qul kimi çalışdırılıb”,-o qeyd edib.

Çəxışcı bildirib ki, Fransa tərəfindən aparılan müstəmləkə siyasəti çox mürəkkəb olub:

“Çünki onlar təkcə infrastrukturu dağıtmırdılar, insanların düşüncəsini də dəyişməyə çalışır, əhalini dilindən və dinindən uzaqlaşdırırdılar. Xristian olmayanları barbar kimi görürdülər”.

MƏLUMAT YENİLƏNİR

Seçilən
17
report.az

1Mənbələr