AZ

Almaniyada meşə yanğını nəzarət altına alındı

ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın Nürnberq şəhəri yaxınlığında baş verən və 8 min kvadratmetr ərazini əhatə edən meşə yanğını nəzarət altına alınıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Roth bölgəsinin yanğınsöndürmə xidməti açıqlama verib.

Açıqlamada, yanğının 400 təcili yardım əməkdaşı və helikopterlərin iştirakı ilə nəzarətə götürüldüyü bildirilib.

Açıqlamada qeyd olunub ki, yanğın nəticəsində iki yanğınsöndürən yüngül xəsarət alıb. Onlardan biri hadisə yerində ilkin tibbi yardım alıb, digəri isə xəstəxanaya çatdırılıb.

Uzun müddət davam edən söndürmə işləri nəticəsində alovların yayılmasının qarşısı alınıb. Təhlükəsizlik məqsədilə bölgədə yaşayan bəzi sakinlər müvəqqəti olaraq evakuasiya olunub.

Hadisənin başvermə səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb.

Oksana

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
azxeber.com

1Mənbələr