Bakı. Trend:
Fransa Qvadelupda əhalinin xərçəng və digər xəstəliklərəyoluxmasına səbəb olan xlordekondan istifadə edib.
Trend xəbərverir ki, bunu iqtisadiyyat elmləri üzrə mühazirəçi Filip Verdol“Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər”adlı beynəlxalq konfransın “İqtisadi dekolonizasiya” mövzusundapanel sessiyasında çıxışı zamanı deyib.
O məlumat verib ki, xlordekon xlor tərkibli bir pestisiddir,prostat xərçənginə səbəb ola və sizi yenidən zəhərləyə bilər:
“Fransa bunu Qvadelupda istifadə edib. Qvadelupda sözügedənmaddənin təsirini biz bu gün də görə bilirik. Onun zərərlərinəsildən nəslə ötürülür”.
F.Verdol əlavə edib ki, xlordekonun istifadəsi insan səhhətiüçün ciddi problemlərə yol açır.
“Fransanın istifadə etdiyi xlordekon miqdarı isə onun ÜST-ünqərarıma məhəl qoymamasından xəbər verir. Bu gün də istifadəolunmuş xlordekonun torpaqda təsiri qalır. Bu problemə qarş hələ dəheç bir tədbir görülməyib”, - deyə o qeyd edib.