AZ

“İran cəhənnəmi yaşadı” Tramp

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"İran cəhənnəmi yaşadı". 

"AzPolitika" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NATO Liderlər Zirvəsi çərçivəsində çıxış edərkən deyib.

Tramp İranın nüvə proqramının on illərlə geri atıldığını iddia edib:“Yeraltından yanğınlar ucalırdı, torpağın üst hissəsi isə tamamilə qaralmışdı. Onların heç nəyi xilas etmək şansı yox idi. Artıq İran nüvə bombası istehsalını düşünməyəcək”.

Tramp  nüvə proqramına vurulan zərbənin təsirini Hiroşima və Naqasakiyə bənzətmək istəmədiyini, lakin müharibəni dayandıran əsas hadisənin bu zərbə olduğunu qeyd edib.

Tramp həmçinin İsrailə atılan ballistik raketlərin ciddi ziyan verdiyini deyib və İsrailin öz mövqeyini qorumasından qürur duyduğunu bildirib: “İsrail də sərt zərbələr aldı. O ballistik raketlər onlara pis dəyib. Amma İsrail ilə qürur duyuram. Onlar öz pilotlarını geri çağırdılar".

Tramp NATO-nun kollektiv müdafiə prinsipinə tam sadiq olduqlarını da bəyan edib. 

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
azpolitika.info

1Mənbələr