AZ

Moldovalı deputat: “AŞ PA və Azərbaycan qarşılıqlı addım atmalıdır”

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moldova Parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Jhon Qroza Gununsesi.info-ya ekslüziv açıqlamasında Azərbaycanla Avropa Şurası arasındakı gərginliyi şərh edib.

Azərbaycan nümayəndə heyətinin artıq ikinci ildir ki, AŞ PA -dan kənarda qalmasından təəssüfünü bildirən moldovalı deputatın sözlərinə görə, üzv ölkədə insan haqları problemləri varsa, onu dialoqla həll etmək lazımdır:

“Bizim deputat qrupunun əvvəldən də mövqeyi fərqli idi. Biz hesab edirik ki, kənarlaşdırmaqla nəticə əldə etmək mümkün deyil. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin qayıtmasına şərait yaradılmalıdır. Nümayəndə heyəti qayıtsa, bütün məsələləri danışıqlarla həll etmək olar. Moldova nümayəndə heyətinin mövqeyi belədir”.

Onun sözlərinə görə, üzv ölkədə insan haqları problemləri varsa, onu dialoqla həll etmək lazımdır:

“Nümayəndə heyəti qayıtsa, bütün məsələləri danışıqlarla həll etmək olar. Hər iki tərəf kompramisə getməlidir. Azərbaycan da bir neçə nəfəri həbsdən azad edərsə, bu yaxşı olardı. Hər iki tərəf xoş məram nümayiş etdirməlidir”.

Pərviz Həşimli

Fransa/Strasburq

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
icma.az

2Mənbələr