AZ

Füzuli rayonunda təhsil və mədəniyyətə dair əsas statistik göstəricilər: » AzadMedia.az


Füzuli rayonunda 01 yanvar 2025-ci il tarixi vəziyyətinə məktəbəqədər təhsil müəssisələrinin sayı 33-dür.
Məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların sayı 1325 nəfərdir ki, onlarında 633 nəfərini qız uşaqları təşkil edir. Bu cür müəssisələrdə hər 100 yerə düşən uşaqların sayı 69 nəfərdir.
Qeyd edək ki, 33 məktəbəqədər təhsil müəssisəsinin 18-i şəhər, 15 isə kənd yerlərindədir.
2024/2025-ci tədris ilinin əvvəlinə dövlət əyani ümumi təhsil müəssisələrinin (bütün növ məktəblər daxil olmaqla) sayı 75-dir.
Dövlət əyani ümumi təhsil müəssisələrində təhsil alanların sayı 13391 nəfərdir ki, onlarında 6135 nəfərini qızlar təşkil edir.
Qeyd olunan təhsil müəssislərində 1716 müəllim heyəti fəaliyyət göstərir.

2025-ci ilin əvvəlinə Füzuli rayonunda 2 peşə təhsili müəssisəsi fəaliyyət göstərir.
Peşə təhsili müəssisələrində tələbələrin sayı isə 193 nəfərdir.

Füzuli rayonunda 2024-cü ilin sonuna kütləvi kitabxanaların sayı 46, klub müəssisələrinin 31, muzeylərin sayı 3, mədəniyyət və istirahət parklarının sayı isə 4-dür.



Seçilən
2
1
azadmedia.az

2Mənbələr