1922-1930-cu illərdə Fransanın ölkəmizdə qeyri-adekvat tədbirləri, xüsusilə də yanlış siyasət həm Qvadelup, həm də Martinikdə kənd təsərrüfatına yararlı torpaqların pestisidlərlə çirkləndirilməsinə səbəb olub.
APA xəbər verir ki, bunu Bakıda keçirilən “Qvadelupun Dekolonizasiyasına Doğru: Problemlər və Perspektivlər” konfransının panel müzakirələrində iqtisadi elmlər üzrə mühazirəçi Filippe Eugeni Louis Verdol deyib.
O, Fransa hökumətinin müstəmləkə ərazilərindəki yanlış kənd təsərrüfatı siyasəti və bu siyasətin fəsadlarından geniş danışıb.
Mütəxəssis, eyni zamanda, Fransanın kənd təsərrüfatı sahəsinə cavabdeh qurumlarının Qvadelup və Martinikdə əkinə yararlı torpaqları zəhərli maddə olan pestisidlərlə çirkəndirdiyini nəzərə çatdırıb: “Pestisidlər toksik olmaqla, insanda xərçəng xəstəliyi yarada bilər. Qvadelup və Martinikdə bu maddələrin zərərli təsirləri hələ də aktualdır. Ən təhlükəli cəhət isə bu maddənin zərərinin nəsildən-nəslə ötürülə bilməsidir. Pestisidlər insanda beyin inkişafının ləngiməsinə də səbəb ola bilər. Xlordekon maddəsi ağ rəngli toz şəklində olur. Bu maddə banan ağacının kökünə vurulur. Bu maddə məhsulun çirklənməsinə gətirib çıxarır. Ən təhlükəli cəhət isə odur ki, Fransa həmin kimyəvi maddənin təsirini azaltmaq üçün hər hansı tədbir görmür. Bu maddənin təsiri 11 min il ərzində torpağın tərkibində qala bilər”.
O vurğulayıb ki, Fransanın bu istiqamətdəki addımları gizli şəkildə həyata keçirilən etnosid xarakteri daşıyıb.