BAKI, 24 iyun. TELEQRAF
Attraksionlar attestasiyadan keçmiş atraksion operatoru ilə təmin edilməlidir.
Teleqraf xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində müfəttişlik rəisi Sahil Mənsimov Fövqəladə Hallar Nazirliyi tərəfindən yay fəslinin gəlməsi ilə əlaqədar parklarda attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət-yoxlama tədbirləri zamanı jurnalistlərə açıqlamasında deyib.
"Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi attraksionların iqstismarı ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Əməkdaşlarımız tərəfindən mütəmadi texniki yoxlamalar aparılır, aşkarlanan qüsurlar barədə aktlar tərtib olunur və bu qüsurların aradn qaldırılması üçün işlərin icrası tərəfimizdən nəzarətə götürülür.
Mexanikiləşdirilmiş hər bir atraksiyon texniki pasportla təmin edilməlidir. Atraksiyonların istismarı lisenziya tələb edən fəaliyyət növünə aiddir".
O həmçinin qeyd edib ki, hər bir atraksiyon ən az 12 aydan bir texniki yoxlamadan keçirilməlidir.