AZ

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb

 

Bakı, 25 iyun, AZƏRTAC

Ölkə ərazisində bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 28-33 dərəcə isti olacaq.

İyunun 27-də havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Cənub-qərb küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 20-22, gündüz 28-33 dərəcə isti təşkil edəcək.

İyunun 28-də hava şəraiti yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 21-23, gündüz 29-34 dərəcə isti olacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 27-si gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacağı bildirilir.

 

Seçilən
6
49
azertag.az

10Mənbələr