AZ

Fransa Qvadelupda xərçəng və digər xəstəliklərə səbəb olan xlordekondan istifadə edib

Fransa Qvadelopda xərçəng və digər xəstəliklərə səbəb olan xlordekondan istifadə edib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat elmləri üzrə mühazirəçi Filip Verdol iyunun 25-də Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfrans çərçivəsində baş tutan “İqtisadi dekolonizasiya” mövzusunda üçüncü panel sessiyasında deyib.

“Xlordekon xlor tərkibli bir pestisiddir. O, prostat xərçənginə səbəb ola və sizi yenidən zəhərləyə bilər. Fransa bunu Qvadelupda istifadə edib. Qvadelupda sözügedən maddənin təsirini biz bu gün də görə bilirik. Onun zərərləri nəsildən nəsilə ötürülür”.

Çıxışcı vurğulayıb ki, ÜST qərarına əsasən, xlordekonun istifadəsi insan səhhəti üçün ciddi problemə yol açır:

“Fransanın istifadə etdiyi xlordekon miqdarı isə onun həmin qərara məhəl qoymamasından xəbər verir. Onlar xlordekonu banan ağaclarının aşağısına vururdular, yağış suları ilə maddəni dənizə qarışırdırırdı və bütün təbiətimizə ciddi ziyan dəyirdi. Bu günə qədər də istifadə olunmuş xlordekonun torpaqda təsiri qalır, çünki 5-6 əsr onun təsiri qala bilər. Bu problemə qarş hələ də heç bir tədbir görülmür”.

MƏLUMAT YENİLƏNİR

Seçilən
9
3
report.az

4Mənbələr