AZ

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyan saxlanılıb

Bakı. Trend:

Ermənistanda “Müqəddəs Mübarizə” müxalifət hərəkatının lideriarxiyepiskop Baqrat Qalstanyan saxlanılıb.

Trend xəbər verirki, sosial şəbəkələrin Ermənistan seqmentində Qalstanyanın MTXəməkdaşları tərəfindən saxlanılmasını əks etdirən görüntüləryayılıb.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin “MüqəddəsMübarizə” hərəkatına qarşı cinayət işi açmasından sonra ölkəninhüquq-mühafizə orqanları hərəkat üzvlərinin evlərində axtarışlarabaşlayıblar.

Hüquq-mühafizə orqanları eyni zamanda Qalstanyanın yaşadığıünvanda axtarış həyata keçirib.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, “MüqəddəsMübarizə” adlı hərəkatın üzvləri və rəhbərləri ErmənistanRespublikasında terror aktları və hakimiyyətin zorakılıq yolu iləələ keçirilməsinə yönəlmiş fəaliyyət planlaşdırıblar.

“Hadisə ilə bağlı başlanmış cinayət işi çərçivəsindətəxirəsalınmaz istintaq və digər prosessual hərəkətlər aparılır.Başlanmış cinayət işi çərçivəsində, cinayət-prosessualqanunvericiliyin imkan verdiyi vasitələrdən istifadə olunmaqla,cinayətkar qrupun bütün üzvlərinin əməllərinə hüquqi qiymətveriləcək və müvafiq prosessual icbari tədbirlər görüləcək.Cinayətkar qrupun təxribatlarına uymamağa və yalnız qanunlara tabedavranış nümayiş etdirməyə çağırırıq”, – deyə İstintaq Komitəsininbəyanatında bildirilir.

Məqalədə:
Seçilən
17
1
az.trend.az

2Mənbələr