AZ

Ermənistanda terror törədib hakimiyyətə gəlmək istəyən keşiş saxlanıldı YENİLƏNİB

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ermənistanda terrorla hakimiyyəti ələ keçirməyə çalışan keşiş Baqrat Qalstanyan saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, o, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb.

***

10:17

Ermənistanda hakimiyyətin ələ keçirilməsinə cəhd edilib.

Lent.az xəbər  verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.Məlumata görə, “Müqəddəs Mübarizə” hərəkatının lideri Baqrat Qalstanyan, eləcə də onun tərəfdarları terror aktları törətmək və konstitusiyaya zidd yolla hakimiyyəti ələ keçirmək niyyətində şübhəli bilinir.

İstintaq Komitəsinin məlumatına görə, qanuni yolla hakimiyyət dəyişikliyinə nail ola bilməyən Qalstanyan 2024-cü ilin noyabrında zorakılıq aksiyalarına hazırlaşmağa başlayıb.

Departamentin açıqlamasına görə, Qalstanyan bir sıra tərəfdarları ilə əlbir olaraq zorakı hərəkətlərə, o cümlədən avadanlıqların alınmasına və terror fəaliyyətinə hazırlıq və hakimiyyətin ələ keçirilməsi kimi qiymətləndirilə biləcək şəraitin yaradılmasına hazırlaşmağa başlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
lent.az

1Mənbələr